"Sabah"la "NTD" çempionatın zirvəsində

"Sabah"la "NTD" çempionatın zirvəsində
Digər, Basketbol
18 Mart 2023 - 20:15
Supersport.Az-ın məlumatına  görə, 18 mart tarixində Azərbaycan Basketbol Liqasında (ABL) 22 -ci turun iki oyunu baş tutub. Günün ilk oyununda Astarada yerli "Zirvə Astara", "Sabah" basketbolçularını qəbul edib. Oyuna fəal başlayan paytaxt klubu rəqibi üzərində 87-65 hesablı qələbə qazanaraq ilk pillədəki mövqeyini qoruyub.

Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" ( Zo Tayson - 16 xal, 8 ribaund ), "Sabah BK" ( Entoni Patti - 28 xal, 18 ribaund)

Günün ikinci oyunu Sərhədçi İdman Mərkəzində "NTD" və "Sərhədçi" basketbolçuları arasında keçirilib. Gərgin qarşılaşmanın sonunda "NTD" basketbolçuları 76-73 hesabıyla qalib gəliblər.

Ən məhsuldar basketbolçular: "NTD BK" ( Ceremi Heys - 18 xal, 10 ribaund ), "Sərhədçi PİK" ( Brendon Miller - 21 xal, 9 asist )

Qeyd edək ki, 22-ci tura "Olimpik Şəki BK" - "Gəncə BK" oyunu ilə yekun vurulacaq.

"Sabah"la NTD 38  xalla çempionatın lideridir.

Digər xəbərlər