"Qarabağ" - "Qalatasaray" qardaşlıq matçının keçiriləcəyi rəsmiləşdi

"Qarabağ" - "Qalatasaray" qardaşlıq matçının keçiriləcəyi rəsmiləşdi
Futbol
14 Mart 2023 - 14:00
“Qarabağ" rəhbərliyinin təşəbbüsü ilə "Qalatasaray"la xeyriyyə matçı keçiriləcək.

Supersport.Az xəbər verir ki, “Qarabağ" - "Qalatasaray" matçı Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Görüş 26 mart, saat 20:00-da başlanacaq.

Matçdan əldə edilən gəlir Türkiyədə zəlzələdən zərərçəkən insanlara sərf olunacaq.

Qeyd edək ki, dostluq oyunu milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə zamanı keçiriləcək.

Digər xəbərlər