"Qarabağ" gürcü qolkiper gətirdi

"Qarabağ" gürcü qolkiper gətirdi
Futbol
12 Yanvar 2022 - 14:29
"Qarabağ" klubu Gürcüstan millisinin qapıçısı Luka Quqeşaşvilini heyətinə qatıb.

Supersport.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

"Köhlən atlar" 23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, son olaraq icarə əsasında ölkəsinin "Dila" klubunda çıxış etmiş Luka Quqeşaşvili müqavilə ilə Polşa "Yagelloniya"sına məxsusdur. Quqeşaşvili bu komandanın heyətində heç bir oyuna çıxmayıb. Ölkəsində Tbilisi "Dinamo"sunun da formasını geyinmiş qapıçı Polşada "Podlyasye", İspaniyada isə "Qranada"nın B komandasında oynayıb.





Digər xəbərlər