“Qarabağ”a yeni futbolçuları qoşulur

“Qarabağ”a yeni futbolçuları qoşulur
Futbol
12 Yanvar 2022 - 16:11
“Qarabağ”ın yeni transferi Luka Quqeşaşvili bu gün komandaya qoşulacaq.

Supersport.Az xəbər verir ki, 22 yaşlı qapıçı Ağdam təmsilçisi ilə Antalyada təlim-məşq toplanışında iştirak edəcək.

Həmçinin “Qarabağ”ın razılaşdığı oyunçu Leandro Andrade də bu gün klubu “Çerno More”dən ayrılaraq Bolqarıstandan Antalyaya yola düşməyə hazırlaşır.

Qeyd edək ki,  Ağdam komandasının Türkiyədə təlim-məşq toplanışı yanvarın 12-26-da keçiriləcək.

Digər xəbərlər