“İnter” “Yuventus”u taxtdan saldı

Futbol
02 May 2021 - 19:17
Supersport.Az-ın məlumatına görə, İtaliyada “İnter” “Yuventus”un 9 illik hegemonluğuna son qoyub.
Turin klubuna üç dəfə çempionluq qazandıran mütəxəssis Antonio Konte bu dəfə Milan komandasına uğur qazandırıb.
“İnter” 11 illik həsrəti bitirərək 19-cu dəfə birinci yeri tutub. Çempionluqda Romelu Lukakuyla Lautaro Martines hərəyə 15 qol vurmaqla böyük rol oynayıb.
Konte 3 dəfə “Yuventus”, 1 dəfə “Çelsi”ylə çempionluğun ardından “İnter”lə bu uğurunu təkrarlayıb.