“Beşiktaş” baş məşqçisiz “Trabzonspor”u uddu

“Beşiktaş” baş məşqçisiz “Trabzonspor”u uddu
Futbol
13 Sentyabr 2020 - 23:47
Supersport.Az-ın məlumatına görə, Türkiyə Superliqasının ilk turunda “Beşiktaş” səfərdə “Trabzonspor”u məğlub edib.

İstanbul klubunun baş məşqçisi Sergen Yalçın koronavirusa yoluxduğundan oyunda olmasa da, komandası 3:1 hesablı qələbə qazanıb.

“Beşiktaş”dan qolları Boyd (29), Mensah (64-pen.), Lens (74) vurub. “Trabzonspor”dan Abdulqadir Ömür 86-cı dəqiqədə fərqlənib.

Oyunun 62-ci dəqiqəsində meydan sahiblərindən Flavioya qırmızı vərəqə göstərilərək meydandan qovulub.

 

 

 

Digər xəbərlər