"Neftçi" "Şerif" səviyyəsindədir" - "Speranta"nın 27 yaşlı baş məşqçisi

"Neftçi" "Şerif" səviyyəsindədir" - "Speranta"nın 27 yaşlı baş məşqçisi
Futbol
23 İyun 2019 - 10:35
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsində "Neftçi"nin rəqibi "Speranta"nın baş məşqçisi Kristian Efros açıqlama verib.

Gənc çalışdırıcı, komandasının Moldova çempionatının 14-cü turunda "Milsami"yə 0:1 məğlubiyyətini şərh edib.

"Uşaqlar, oyunun böyük hissəsini yaxşı keçirdilər. Qol imkanlarımız olsa da, fərqlənmək alınmadı. Rəqib isə qapımıza yol taparaq, nəticə qazandı. Biz çalışmağı davam etdirməli, səhvləri təhlil etməli və yaxşı məşq etməliyik". 

Baş məşqçi, Avroliqanın püşkünü dəyərləndirib:

"Komandamıza güclü rəqib düşdü və bizə ağır olacaq. "Neftçi" "Şerif" səviyyəsindədir. Ancaq futbolda fərqli nəticılər olur. Bu gün qol imkanlarından istifadə edə bilmədik. Ola bilər ki, rəqib də fərqlənə bilməsin. İstənilən oyunda belə ola bilər".

28 yaşlı klubun 27 yaşlı çalışdırıcısı komandasını gücləndirmək istədiklərinin vacibliyini qeyd edib:

"Bəli, biz çox istərdik ki, komandanı gücləndirək. Ancaq bunu etmək asan deyil. Moldovada transfer pəncərəsi iyulun 2-nə keçirilib. Avropa Liqasında isə bu müddət ayın 5-nə qədərdir. Bilmirəm, bu, alınacaqmı? Bununla belə biz çalışacağıq. Yaxşı futboçu gətirmək, tapmaq çətindir. Buna görə seçimdə səhv etmək olmaz. Heç olmasa, gələn üç futbolçudan biri yüksək səviyyəli olsa, faydalanarıq".

Digər xəbərlər