Azərbaycan millisinin dünya çempionatı heyəti 

Azərbaycan millisinin dünya çempionatı heyəti 
Olimpiya, Digər
350
27 May 2025 - 14:51

Supersport.Az xəbər verir ki, Azərbaycanın cüdo seçmə komandasının dünya çempionatında iştirak edəcək heyət açıqlanıb.


13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Mötəbər turnirdə Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Olimpiya çempionlarından Hidayət Heydərovla Zelim Kotsoyev də heyətə daxil edilib.


Milli komandamızın üzvləri performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar. 


Laslo Papp İdman Arenasında keçiriləcək dünya çempionatında fərdi mübarizələr 13–19 iyun tarixlərində, qarışıq komanda yarışı isə 20 iyunda baş tutacaq. 


Dünya çempionatına yollanacaq heyəti təqdim edirik: 


Kişilər 


-60 kq

Əhməd Yusifov 


-66 kq

Ruslan Paşayev 


-73 kq

Hidayət Heydərov 

Rəşid Məmmədəliyev 


-81 kq

Zelim Tçkayev


-90 kq

Elcan Hacıyev 

Vüqar Talıbov


-100 kq 

Zelim Kotsoyev 


+100 kq

Uşanqi Kokauri 


Qadınlar


-48 kq

Leyla Əliyeva 

Könül Əliyeva 


-52 kq

Gültac Məmmədəliyeva 


-57 kq 

Fidan Əlizadə 


Qarışıq komanda yarışı 

-70 kq

Aytac Qardaşxanlı 

Günel Həsənli 



Digər xəbərlər