"Sumqayıt" baş məşqçi axtarmır: "Aleksey Baqayla bağlı xəbər yalandır"

Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sumqayıt" Futbol Klubu yeni baş məşqçi gətirmək üçün hələ ki, namizədləri müəyyən etməyib və heç bir mütəxəssislə danışıq aparmır. Bu haqda klubun mətbuat katibi Zaur Xudiyev saytımıza xəbər verib. O, deyib ki, belaruslu məşqçi Aleksey Baqayla razılıq əldə etdikləri haqda yayılan məlumat yalandır.
Sumqayıt klubunun Tərlan Əhmədov, Elmar Baxşıyev və Cavid Hüseynovla da maraqlandığı xəbəri də yayılıb.
Qeyd edək ki, "Sumqayıt" iki həftə əvvəl, ötən il 2,5 illik müqavilə bağladığı Vaqif Cavadovu istefaya göndərib. Sumqayıt klubu Azərbaycan Premyer Liqasının 34-cü turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlubiyyətdən sonra bu addımı atıb. Komanda həmin vaxt turnir cədvəlində 30 xalla doqquzuncu yerdə idi. "Sumqayıt" çempionatı 36 turdan 33 xalla 10 klub sırasında 8-ci pillədə başa vurub.