Kurban Berdıyev: "Turan" döyüşdü, ağıllı oynadı"

Futbol
344
10 Mart 2025 - 22:00
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 26-cı turunda "Neftçi" - "Turan Tovuz" (1:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev oyunu şərh edib.
"Bu gün komanda Hakmana görə döyüşdü. Kobud səhv etsə də komanda yoldaşları onun üçün mübarizə apardılar. Qol buraxmağımıza baxmayaraq sınmadılar. Sona qədər mübarizə apardılar, döyüşdülər. Buna görə də onlara təşəkkür etdim. Azlıqda qalmağımıza baxmayaraq müdafiədə ağıllı oynadıq, "Neftçi"nin cəmi bir epizodu oldu ki, onu də reallaşdırdılar".