Çempionlar Liqasında gecənin nəticələri

Futbol
311
13 Mart 2025 - 03:57
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Supersport.Az xəbər verir ki, günün ilk görüşündə "Borussiya" "Lill"lə qarşılaşıb. Almaniya klubu Fransada qələbə qazanıb.
Ən maraqla gözlənilən matç isə Madriddə keçirilib.
"Real" "Atletiko"nun qonağı olub. Gərgin oyunda qalib penaltilər seriyasında müəyyənləşib.
UEFA Çempionlar Liqası
1/8 final, cavab görüşləri
12 mart
21:45. “Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) 1:2
İlk oyun - 1:1
00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya) 1:0 (2:4-penaltilər seriyası)
İlk oyun - 1:2
00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland) 2:2
İlk oyun - 7:1
00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” 3:0 (Belçika)
İlk oyun - 3:1