"Qarabağ" gerilədi, "Neftçi" siyahıda yoxdur

Futbol
366
12 Mart 2025 - 07:45
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Supersport.Az-ın məlumatına görə, reytinqdə Azərbaycanın 3 klubu yer alıb. "Qarabağ" 147,75 xalla dünyada 103-cüdür. Ağdam təmsilçisi ötən ayla müqayisədə 16 pillə geriləyib.
"Zirə" 11 pillə düşərək 98,25 xalla 219-cu, "Sabah" isə 61 pillə irəliləyib, 68,5 xalla 353-cüdür.
Qeyd edək ki, 501 komandanın yer aldığı reytinqdə İspaniya təmsilçisi "Real Madrid" (507 xal) birincidir. Almaniya "Bayer"i (404 xal) ikinci, İtaliya "Atalanta"sı (386 xal) üçüncü yerdədir.