AFFA gizlikomun vaxtını gizlətsə də...

AFFA gizlikomun vaxtını gizlətsə də...
Futbol, Eksklüziv
233
14 Mart 2025 - 01:00

AFFA gizlikomun növbəti iclasının da tarixini gizlədir. 


Qurum əvvəllər bu haqda məlumat yaysa da, xeyli müddətdir bunu sirr saxlamağa çalışır. AFFA rəhbərliyi medianın sorğu-sualndan qorxduğu, qaçmaq üçün belə addım atır. 


SOCAR-ın da prezidenti olan AFFA rəhbəri Rövşən Nəcəfin yadına futbol təşkilatı yalnız iclaslar zamanı düşür. Hətta R.Nəcəf AFFA-nın İcraiyyə Komitəsinin son toplantısını SOCAR-da keçirdi. 


AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədov da qurum rəhbərliyinin səhv yolunu gedir, iclasın vaxtını gizlədir. İcraiyyə Komitəsinin toplantısının bu gün keçiriləcəyi haqda məlumat almışıq. E.Məmmədov isə "Məndə bu barədə məlumat yoxdur" deyib.


Supersport.Az

Digər xəbərlər