Ağacan Abiyevə "Olimpiya çələngi" mükafatı təqdim olundu 

Ağacan Abiyevə "Olimpiya çələngi" mükafatı təqdim olundu 
Olimpiya, Digər
296
07 Mart 2025 - 14:47

Supersport.Az xəbər verir ki, martın 7-də Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə növbəti iclası keçirilib.

 

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən İcraiyyə Komitəsinin iclasında cari məsələlərin müzakirəsindən sonra Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi keçirilib. Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyevə AOK-un “Olimpiya çələngi” mükafatını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib. 

 

Ağacan Abiyev AOK-un mükafatına görə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda idman və Olimpiya Hərəkatı yüksək səviyyədə inkişaf edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində idman sahəsində qazanılan qələbələr bundan sonra da uğurla davam edəcəkdir.

 

İclasda idmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftaxetdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Ağacan Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışmış və mükafat alması münasibətilə onun təbrik ediblər.

 

Xatırladaq ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis, bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında layiq görülüb. Baş Assambleyada mükafat Azərbaycan MOK-un baş katibi Azər Əliyevə təqdim edilmişdi.

 

 

Məlumatl Milli Olimpiya Komitəsinin mətbuat xidməti yayıb.

Digər xəbərlər