Fərid Qayıbovun rəhbərlik etdiyi nazirlikdə narazılıq - Eksklüziv

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində narazılıq başlayıb.
Məlumatda bildirilir ki, nazirlik bəzi şəxsləri işdən kənarlaşdırıb.
İddiaya əsasən, həmin insanlar nazir Fərid Qayıbovun rəhbərlik etdiyi quruma etiraz ediblər.
Gənclər və İdman Nazirliyi rəhbərliyinin 20-dən çox şəxsi işdən çıxardığı bildirilir.
Supersport.Az məsələylə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevə müraciət etsə də, o, cavab verməyib.
Xatırladaq ki, fevralın 18-də ölkə prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsində Fərid Qayıbov vitse-prezident vəzifəsi və İcraiyyə Komitəsi üzvlüyündən kənarlaşdırılıb. İ.Əliyevin F.Qayıbovu nazir postundan çıxaracağı ehtimal olunur.
.

