"İsrailə qırmızı kart göstərin, beynəlxalq yarışlardan qovun" - Foto

"İsrailə qırmızı kart göstərin, beynəlxalq yarışlardan qovun" - Foto
Futbol, Foto, Arena
464
13 Fevral 2025 - 15:43

Dünyada əksər insanlar zülmə göz yumurlar. Fələstinin torpaqlarını işğal, insanlara terror edən İsrailin zülmü davam edir, çoxları susurlar.


Supersport.Az-ın məlumatına görə, İsrailin hücumlarına qarşı futbol dünyasına birlik mesajı verən "Celtic" azarkeşləri tribunalarda Fələstin bayraqlarını dalğalandırıblar.


Şotlandiya klubunun azarkeşləri növbəti dəfə yəhudilərin dövlətinin cinayətkar əməllərinə qarşı çıxıblar. Fanatlar yenə də UEFA və FİFA-nın cəzasından da qorxmadıqlarını göstəriblər.


UEFA Çempionlar Liqasında "Seltik" fanatları "Bayern Münxen"lə oyunda Fələstinə dəstək pankartı açıblar, israilə etiraz ediblər. Azarkeşlər stadionda "İsrailə qırmızı vərəqə göstər!" şüarını nümayiş etdiriblər.


"Celtic Park"da fasilə zamanı "Yaşıl Briqada" (Green Brigade) "İsrailə qırmızı vərəqə göstər" yazılmış pankart açaraq, UEFA və FİFA-ya mesaj göndərib.


Bannerin aşağı hissəsindəki azarkeşlər eyni mesajı əks etdirən kiçik qırmızı vərəqələr, Fələstin bayraqları qaldırıblar.


"Green Brigade" fanqrupu uzun illərdir Fələstinin səsli azarkeşi olub və dəfələrlə zülmə qarşı çıxıb, məzlumlara dəstək nümayiş etdirib.


"Green Brigade" "Bayern"lə matçda azarkeşlərə üzərində bu sözlər yazılan mesajlar paylayıb:


"UEFA və FİFA-ya müvafiq nizamnamələrini tətbiq etmək və "İsrail"i yarışdan kənarlaşdırmaq üçün birbaşa mesaj göndərmək üçün "İSRAİL" QIRMIZI KARTINI GÖSTƏRİN.


Bununla, siz nəinki düzgün iş görəcəksiniz, həm də eyni mesajı qəbul edən dünyadakı vicdanlı və cəsarətli futbol həvəskarlarına qoşulacaqsınız".


Mesajda İsrail soyqırım törətməkdə və beynəlxalq hüququ pozmaqda ittiham edilib.

Digər xəbərlər