Video - Qurban Qurbanov: "Kimə görə narahat olmuşamsa, onların karyerası bitib"

Video - Qurban Qurbanov: "Kimə görə narahat olmuşamsa, onların karyerası bitib"
Futbol, Eksklüziv, Video
10 Fevral 2024 - 21:27

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Futbolçularınıza cəlbedici təkliflər gəlir. Bu qiymət artımı sizi narahat etmir" sualına cavabını videogörüntüyə alıb. 

"Ölkə futbolu olaraq narahat etmir. Sevinirəm ki, burada olan futbolçulara kənarda maraq var. Amma ümumən bəzi futbolçulara görə narahatam. Çünki, hər insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların oyununa, həyat tərzinə əks-təsir edir. Bəzi futbolçular isə bunu normal qəbul edir. Düşünürlər ki, klubumla müqaviləm var. Bəzilərinə ona görə mənfi təsir edir ki, ona kənardan məsləhət verənlər çoxdur. O qədər şahidi olmuşam ki, istedadlı oyunçuların karyeralarına son qoyanlar olub. Onların yaxın dostları, ətrafı sanki oyunçunu çox istəyir, biz istəmirik. Elə dilli-dilavər menecerlər olur ki, gündə zəng edirlər. Futbolçu da fikirləşir ki, düz deyirlər. Kimə görə narahat olmuşamsa, demək olar ki, onların karyerası bitib. Biz heç kimin karyerasına zərbə vurmaq istəmirik. Hamının burada inkişafını düşünürük. Futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Amma bunu da gərək düz edəsən. Hər şey mənim istədiyim kimi olsaydı, işləməyə nə var idi ki? Bəzən belə kaprizləri görürəm. Bunu da yavaş-yavaş yoluna qoyuruq". 

Digər xəbərlər