AFFA Region Liqasının qalibi darmadağın olundu

AFFA Region Liqasının qalibi darmadağın olundu
Futbol
194
29 İyun 2024 - 09:00

Supersport.Az xəbər verir ki, "Şimal" klubu UEFA Regionlar Kubokunun 2024/2025-ci illər mövsümündə mübarizəyə başlayıb.

AFFA Region Liqasının son qalibi Gürcüstanın Kutaisi şəhərində təşkil edilən ilkin mərhələnin B qrupunda birinci oyununu keçirib. "Şimal" Kutaisi Futbol Akademiyasının meydanında yerli komanda "Football School Bridge" ilə üz-üzə gəlib. Monteneqrodan olan baş hakim Miloş Boşkoviçin idarə etdiyi qarşılaşmada meydan sahibi komanda 5:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, "Şimal" qrupda ikinci matçını iyulun 1-də, Bakı vaxtı ilə saat 19:00-da İsveçin "Qothenburq" kollektivinə qarşı keçirəcək.

Digər xəbərlər