"Qarabağ"da "Real Madrid"də oynaya biləcək futbolçular var" - Video

"Qarabağ"da "Real Madrid"də oynaya biləcək futbolçular var" - Video
Futbol, Eksklüziv, Video
489
28 İyun 2024 - 22:55
Supersport.Az-a açıqlamasında "Qarabağ"ın koordinatoru Aftandil Hacıyev klubun akademiyasında istedadlı futbolçular olduğunu bildirib.

Komandanın üç yaş qrupunda çempion olmasını müsbət qiymətləndirən mütəxəssisin fikrincə, şəraitdən, oyunçulardan çox şey asılıdır.

Hacıyev hesab edir ki, "Qarabağ"ın gələcəyi olanlar sırasında "Real Madrid", "Yuventus" və digər məşhur klublarda oynaya biləcək futbolçular var.


"Qarabağ"ın U-13 (baş məşqçi Elşad Xudadatov), U-14 (baş məşqçi Asim Əlizadə), U-15 (baş məşqçi Vüqar Əsgərov) komandaları ölkədə liqaların qalibi olub. U-14 həm də Belarusda beynəlxalq turnirdə birinci yeri tutub.

Digər xəbərlər