"Sabah" "Trabzonspor"la "Dinamo"nu məğlub etdi, çempion oldu - Foto

"Sabah" "Trabzonspor"la "Dinamo"nu məğlub etdi, çempion oldu - Foto
Futbol, Foto
156
28 İyun 2024 - 22:35

Supersport.Az xəbər verir ki, “Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib.


Türkiyənin Rize şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, Estoniya “Nömme United”ini 3:0 və Gürcüstan “Dinamo”sunu (Batumi) 4:0 hesabıyla məğlub edən Azərbaycan komandası çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group) vəsiqə qazanıb. 


“Gold group”da Türkiyənin “Çaykur Rizespor” komandasını 3:0, Estoniyanın “Nömme United”ini 2:0 hesabıyla üstələyən “Sabah”, yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri birinci pillədə, çempion kimi başa vurub.


“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.  


Rize Cup


Yigit Demirel Beynəlxalq Futbol Turniri


Qrup mərhələsi


Sabah – Trabzonspor (Türkiyə) 2:1

Qollar: Rəvan Rüstəmov, Hüseyn Musayev. 


Sabah – Nömme United (Estoniya) 3:0

Qollar: Yusif Ağayev (2), Hüseyn Musayev. 


Sabah – Dinamo (Batumi, Gürcüstan) 4:0

Qollar: Eldar Hüseynov, Hüseyn Musayev, Hüseyn Abdullazadə, Yusif İbrahimli. 


Gold group


Çaykur Rizespor (Türkiyə) – Sabah 0:3

Qollar: Rəvan Rüstəmov, Camal Əkbərli, Eldar Hüseynov. 


Sabah – Nömme United (Estoniya) 2:0

Qollar: Yusif Ağayev, Hüseyn Musayev. 


Samsunspor (Türkiyə) – Sabah 2:0



Digər xəbərlər