"Qarabağ" planını dəyişdi

"Qarabağ" planını dəyişdi
Futbol, Eksklüziv
1291
28 İyun 2024 - 22:00

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasına hazırlaşan "Qarabağ" planında dəyişiklik edib. 


Ağdam klubu əvvəlcədən iyunun 29-da yoxlama oyunu keçirməyi nəzərdə tutsa da, matç olmayacaq.


Baş məşqçi Qurban Qurbanov planı dəyişib. 


"Qarabağ" 10 gündür ki, hazırlıq keçir və iyulun 3-də Bakıda yoxlama oyunu keçirilməsi nəzərdə tutulub. Rəqib hələ ki, dəqiqləşməyib.


Azərbaycan klubu hazırlıq prosesinin ikinci mərhələsini Avstriyada keçirəcək. "Qarabağ" iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışında olacaq. Hazırlıq zamanı iki oyun günündə ümumilikdə 4 yoxlama matçı təşkil olunacaq. Bu qarşılaşmalardan ikisi iyulun 9-na, ikisi 16-na planlaşdırılıb.



Digər xəbərlər