"Neftçi"də "təmizləmə əməliyyatı"

"Neftçi"də "təmizləmə əməliyyatı"
Futbol
268
28 İyun 2024 - 17:39

Supersport.Az-ın məlumatına görə, "Neftçi"nin yeni baş məşqçisi Roman Qriqorçuk işə başlayan kimi iki futbolçuyla yolların ayrılmasına qərar verib.


Paytaxt klubu əvvəlcə qapıçı Aqil Məmmədovla vidalaşıb. 35 yaşlı futbolçu 2015-2016, 2018-2024-cü illər ərzində “Neftçi”nin heyətində 112 oyun keçirib.


"Neftçi" Ataa Caberi də göndərib.


Yarımmüdafiəçi 2022-ci ilin iyununda transfer olunmuş Caber “Neftçi”nin heyətində 58 rəsmi oyunda meydana çıxıb, 9 qol vurub.



Digər xəbərlər