Ramil Quliyevin məşqçisi Türkiyə vətəndaşı oldu

Ramil Quliyevin məşqçisi Türkiyə vətəndaşı oldu
Atletika, Digər
22 Sentyabr 2018 - 12:16
Supersport.Az-ın xəbərinə görə, dünya və Avropa çempionu Ramil Quliyevin məşqçisi Oleq Muxin Türkiyə vətəndaşlığını seçib.

Bu haqda "Anadolu Agentliyi"nə məlumat verən Türkiyə Atletika Federasiyası prezidenti Fatih Çintimar mütəxəssisin istəyinin Daxili İşlər Nazirliyində qəbul olunduğunu bildirib.

Azərbaycan əsilli məşqçinin uzun müddət Quliyevi çalışdırdığını deyən Çintimar sözünə belə davam edib:

"Milli komandada uğurlu bir məşqçimizdir. Ramil daha əvvəl Türk vətəndaşlığına keçdiyi üçün çalışdırıcısı da bu istəyini bildirdi. Zatən Türkdü, sadəcə kimlik kartı yox idi. Biz bunu belə dəyərləndiririk. Türk vətəndaşlığına keçməsi idmançının hazırlıq səviyyəsinə müsbət təsir edəcək".

Digər xəbərlər