Supersport.Az xəbər verir ki, “France Football” “Qızıl top” mərasiminin vaxtını açıqlayıb.
Bu il nüfuzlu mükafatın qalibi oktyabrın 30-da elan olunacaq.
Namizədlərin siyahısı sentyabrın 6-da açıqlanacaq.
Mərasim Parisdə baş tutacaq.
Qeyd edək ki, 2022-ci ilin “Qızıl top”unu Kərim Benzema qazanıb.