"Barselona" Messiyə müqavilə təklif etdi

Futbol
17 May 2023 - 16:47
"Barselona" klubu PSJ-nin futbolçusu Lionel Messiyə 1 illik müqavilə təklif edib.
Supersport.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Argentinalı hücumçu müqaviləni qəbul edəcəyi halda, ilinə 25 milyon avro qazanacaq. Kataloniya təmsilçisi 35 yaşlı oyunçunun təklifə müsbət cavab verəcəyinə inanır.
Qeyd edək ki, Messinin Paris təmsilçisi ilə müqaviləsi yayda başa çatır. O, 2004-2021-ci illərdə "Barselona"da oynayıb.