"Adıma min söz çıxarıblar" - Tərlan Əhmədov

Futbol
15 Aprel 2023 - 19:49
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının "Kəpəz" - "Turan Tovuz" (1:0) matçından sonra ev sahiblərinin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransında qələbəni şərh edib:
"Derbi oyununda heç vaxt yaxşı oyuna üstünlük vermirsən. Bu gün futbolçulardan sırf nəticəni tələb edirdim. Qəbələdə oynamaq da psixoloji cəhətdən təsir etmişdi komandaya. Uğurlu seriyanı davam etdirdik. Ağır oyun oldu. Rəqibin də qol epizodları var idi. Bu gün xoşbəxtlik bizim tərəfdə idi".
Mütəxəssis matçın sonunda olan insidentə normal yanaşıb:
"Derbidən sonra belə hallar futbola gözəllik qatır. Bu, məğlub olmamaq istəyindən irəli gəlir".
Əhmədov, Qərb derbisinin Qəbələdə keçirilməsinin bir az xoş olmadığını bildirib:
"İstərdim ki, hər komanda öz evində oynasın. Gəncədə insanların futbola sevgisini qaytarmalıyıq. Bunun üçün çalışırıq. Amma işimizi davam etdirməliyik".
"Bir dəfə demişdiniz ki, Gəncə stadionunda qazonun üstünü örtürlər. Bəlkə ot örtüyü buna görə sıradan çıxıb? Bunu özünüzə qarşı təxribat hesab edirsiniz?" sualını baş məşqçi belə cavablandırıb:
"Demişdim, yenə də sözümün üstündə dayanıram. Gəncədə şaxta olmur. Bir dəfə soruşanda dedilər ki, dərman vurmuşuq, ona görə örtülüb. Bilmirəm, mənə qarşıdır, yoxsa başqa birinə. Futbol oynayanda da, məşqçilik karyeramda da çətinliklərlə üzləşmişəm. Adıma min dənə söz çıxarıblar. Deyiblər ki, Tərlanın ayağı ağırdır. Hər şeyə susdum. Kim nə edirsə, nə mənə, nə də Gəncə futboluna deyil, özünə edir".
Mütəxəssis premyer liqada klubların sayının artırılmasını istəyib:
"İstəyərəm ki, klub sayı artırılsın. Çünki regionlarda futbol olmalıdır. Mingəçevir, Lənkəran, Zaqatala Premyer Liqaya qayıtsın, daha sonra divizion və əvəzedicilərin yarışı ayrılsın, 21 yaşlıların da liqası olsun. Əsas heyətə düşməyənlər orada oynasın. Birinci divizionda da klubların səviyyəsi artırıldıqdan sonra, Premyer Liqadan düşən komandalar ola bilər. İndiki vəziyyətdə güzəşt olunması daha yaxşıdır".