Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu turunun digər görüşləri oynanılıb.
Supersport.Az xəbər verir ki, C qrupunun lideri Polşa Argentinaya məğlub olub.
Qrupun digər matçında Səudiyyə Ərəbistanı Meksikaya uduzub.
D qrupunda isə növbəti mərhələyə vəsiqəni təmin edən Fransa Tunis qarşısında aciz qalıb.
Avstraliya Danimarkadan güclü olub.
30 noyabr
C qrupu
Polşa – Argentina 0:2
Qollar: Aleksis Mak Allister, 46, Julyan Alvares, 68
Səudiyyə Ərəbistanı – Meksika 1:2
Qollar: Əl Davsari, 90+6 – Henri Martin, 48, Luis Çaves, 53
D qrupu
Avstraliya – Danimarka 1:0
Qol: Metyu Leçki, 60
Tunis – Fransa 1:0
Qollar: Vahbi Xazri, 58