Arda Turanın "Şaxtyor"la müqaviləsinin detalları

Futbol
336
25 May 2025 - 17:31
Supersport.Az Türkiyə mediasına istinadla xəbər verir ki, "Eyüpspor"dan ayrılan məşqçi Arda Turan "Şaxtyor Donetsk"lə razılığa gəlib. Türk mütəxəssisin Ukrayna klubuyla 2 il müqavilə imzalayacağı, illik 2 milyon avro qazanacağı bildirilir. "Şaxtyor" UEFA Avropa Liqasında mübarizə aparacaq.
Arda Turan vida açıqlamasında kövrəlib və doğma komandasını unutmayacağını bildirib.
Arda Turan, "Eyüpspor"la 81 matçda 44 qələbə qazanıb, 14 heç-heçə edib, 23 məğlubiyyətlə üzləşib, orta 1.83 xal əldə edib. Klub Superliqada 19 komanda sırasında 6-cıdır.


