"Sabah"ın badalaq vurduğu Murad Musayev komandasını çempion etdi

"Sabah"ın badalaq vurduğu Murad Musayev komandasını çempion etdi
Futbol
330
24 May 2025 - 21:11

Supersport.Az xəbər verir ki, "Sabah"ın keçmiş baş məşqçisi Murad Musayevin çalışdırdığı "Krasnodar" tarixində ilk dəfə Rusiya çempionu olub. "Krasnodar" son turda "Dinamo Moskva"ya 3:0 hesablı dərs keçib.


41 yaşlı özbək əsilli Murad Musayev Rusiyada çempion olan 12-ci baş məşqçi olub.


Murad Musayevin komandası "Krasnodar" 30 turluq premyer liqada 16 klub sırasında 67 xalla birinci olub. "Zenit" 66 xalla ikinci, SSKA Moskva 59 xalla üçüncü olub.


"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Murad Musayev baş məşqçi olan zaman mütəxəssisin işlərinə müdaxilə etdiyi, keyfiyyətsiz futbolçular aldığı üçün məşqçinin tənqidinə tuş gəlmişdi. 

Digər xəbərlər