Qurban Qurbanov "Barselona"nın baş məşqçisiylə görüşdü

Qurban Qurbanov "Barselona"nın baş məşqçisiylə görüşdü
Futbol
301
24 May 2025 - 16:35

Supersport.Az-ın məlumatına görə, İspaniyanın "Barselona" klubunun düşərgəsinə təcrübə keçməyə gedən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkəmizə qayıdıb. Üçgünlük səfər müddətində azərbaycanlı mütəxəssis Qurbanov Barselona komandasının bazasını, akademiyasını ziyarət edib.


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin komandasının məşqini izləyib, alman mütəxəssislə söhbət edib. İspaniya klubu azərbaycanlı məşqçinin səfərini müsbət qiymətləndirib. 


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Barselona səfərini başa vuraraq, vətənə qayıdıb və bu gün komandasını səfərdə "Şamaxı"yla premyer liqanın son oyununa çıxaracaq. 


Digər xəbərlər