"Qarabağ"a çempionluq kuboku və qızıl medallar verildi - Video

Supersport.Az Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi "Qarabağ" Futbol Klubunun mükafatlandırma mərasimini videogörüntüyə alıb.
Mükafatlar XXXV turun "Qarabağ" – "Kəpəz" oyunundan (3:0) sonra təqdim edilib.
"Qarabağ" ardıcıl 4-cü, tarixində 12-ci dəfə olan komandamız mükafatlarını alıb.
Mükafatlandırma mərasimində "Qarabağ"ın prezidenti Tahir Gözel, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov iştirak ediblər. Öncə klubun üzvlərinə, texniki heyətə, məşqçilərə və futbolçulara qızıl medallar verilib. Sonda "Qarabağ"a çempionluq kuboku təqdim olunub.
Qeyd edək ki, "Qarabağ" XXXII turda - çempionatın sonuna 4 tur qalmış 1-ci yeri təmin edib. Ağdam komandası 35 oyunda 86 xal toplayıb.