Azərbaycan Premyer Liqasına üç klub vəsiqə qazandı

Azərbaycan Premyer Liqasına üç klub vəsiqə qazandı
Futbol
253
25 Aprel 2025 - 20:36

Azərbaycan I Liqasında 23-cü tur başa çatıb.

Bu gün həm çempionun, həm də Premyer Liqaya vəsiqəni təmin edən komandaların müəyyənləşməsi ilə mühüm olub. 


"Karvan" "Cəbrayıl"la oyunda 2:0 qalib gəlib. Yevlax klubu 16 illik fasilədən sonra Premyer Liqaya qayıdıb.


Premyer Liqaya digər vəsiqəni səfərdə "Zaqatala"nı 2 qolla məğlub edən "İmişli" əldə edib. 


Günün və turun son qarşılaşmasında MOİK-i sınağa çəkən "Qəbələ" doğma azarkeşləri önündə 1:0 hesablı qələbə qazanaraq çempion titulunu sona 4  tur qalmış rəsmiləşdirib.

Digər xəbərlər