"Qarabağ" nominal meydan sahibi oldu

Futbol
205
25 Aprel 2025 - 19:29
Supersport.Az xəbər verir ki, Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Püşkatmaya əsasən "Qarabağ" nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 31 may tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matça saat 19:00-da start veriləcək.