"Sumqayıt"ın "Kəpəz"ə gücü çatdı, "Neftçi" "Turan"la da bacarmadı

"Sumqayıt"ın "Kəpəz"ə gücü çatdı, "Neftçi" "Turan"la da bacarmadı
Futbol
386
10 Mart 2025 - 21:24

Azərbaycan Premyer Liqasında 26-cı tur bu gün başa çatıb.


Supersport.Az xəbər verir ki, turun son günündə daha iki matç keçirilib.


Günün ilk oyununda Sumqayıtda "Kəpəz" "Sumqayıt"ın qonağı olub. Sumqayıt klubu qələbə qazanıb.


"Neftçi" isə "Turan Tovuz"u qəbul edib. Ötən tur 3 xal itirən Bakı klubu bu dəfə 2 xal itirib. Əvvəlki oyunda azarkeşlər "Neftçi"ni "Kəpəz"ə qəsdən məğlub olmaqda günahlandırmışdılar.

"Neftçi" - "Turan" matçı 1:1 hesabıyla bitib. Tovuz klubu azlıqda qalmasına baxmayaraq, Bakı səfərindən xalla ayrılıb.

Azərbaycan Premyer Liqası


XXVI tur

10 mart


17:00. "Sumqayıt" – "Kəpəz" 3:0

Qollar: Roy Kehat, 20, 51, Nihad Əhmədzadə, 90+4

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev

VAR: Nicat İsmayıllı, Teymur Teymurov

Hakim-inspektor: Zöhrab Qədiyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


19:30. "Neftçi" – "Turan Tovuz" 1:1

Qollar: Bassala Sambu, 88 - Hurtado, 90+5

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Rauf Cabarov, Akif Əmirəli

Hakim-inspektor: Rəhim Həsənov

"Neftçi Arena"

Digər xəbərlər