İlham Əliyevin prezidenti olduğu MOK Fərid Qayıbovu kənarlaşdırdı

İlham Əliyevin prezidenti olduğu MOK Fərid Qayıbovu kənarlaşdırdı
Olimpiya, Digər, Eksklüziv
680
18 Fevral 2025 - 14:47

Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu gün Milli Olimpiya Komitəsinin Hesabat-Seçki Baş Məclisində gənclər və idman naziri Fərid Qayıbov MOK-dan kənarlaşdırılıb. Qayıbov MOK-un yenidən vitse-prezident vəzifəsinə, həmçinin İcraiyyə Komitəsi üzvlüyünə seçilməyib. Fərid Qayıbovun əvəzinə olimpiya çempionu Fərid Mansurov seçilib.



Fərid Qayıbov 2021-ci ildə nazir təyin olunandan sonra ölkədə bəzi məşhur idmançılara, mütəxəssislərə, rəhbərlərə, federasiya, hətta mətbuat nümayəndələrinə qarşı ədalətsizliklər edib. F.Qayıbov həmin ildə olimpiya, dünya çempionu Fərid Mansurovu Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri vəzifəsindən kənarlaşdırıb, dostu Elnur Məmmədovu bu posta gətirmişdi.



Fərid Qayıbov, həmçinin digər dünya şöhrətli idmançılardan Hacı Əliyev, Rafael Ağayevə haqsızlıq edib. Bu gün Hacı Əliyevlə Rafael Ağayev MOK-a üzv qəbul olunub. 



Azərbaycan Respublikası Hesablama Palatası ötən il Fərid Qayıbovun rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyində maliyyə pozuntusu aşkarlayıb.



Ölkə prezidenti İlham Əliyevin Fərid Qayıbovu gənclər və idman naziri vəzifəsindən kənarlaşdıracağı ehtimal olunur. F.Qayıbov 2021-ci ildən nazirdir. Fərid Qayıbov bu gün Milli Olimpiya Komitəsinin toplantısında dilxor görünüb.



Bir müddət əvvəl gimnastları döyməkdə günahlandırılan Mariana Vasileva gənclər və idman naziri vəzifəsindən qovulub. 



Bildirək ki, fevralın 18-də, yəni bu gün Milli Olimpiya Komitəsinin lX Hesabat-seçki Baş Məclisi keçirilib.



Hesabat-seçki Baş Məclisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

 


Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

 


Baş Məclisdən sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub.

 


İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident, İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidentləri seçiliblər.

 


Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İcra Aparatının rəhbəri, Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb.



Supersport.Az 

Digər xəbərlər