Azərbaycan cüdoçusu birinci oldu, digəri yaponu məğlub etdi - Foto

Azərbaycan cüdoçusu birinci oldu, digəri yaponu məğlub etdi - Foto
Olimpiya, Digər, Cüdo, Foto
450
15 Fevral 2025 - 19:00

Supersport.Az-ın məlumatına görə, bu gün Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ikinci yarış günündə kişilər arasında -73 kq və -81 kq çəki dərəcələrində dörd cüdoçumuz həlledici görüşlərə çıxıb.


-73 kq çəkidə finalda Rəşid Məmmədəliyev dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşiharaya uduzaraq, gümüş mükafat əldə edib.


Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə bürünc medal uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanakanı məğlub edib. Vüsal bu qələbəylə üçüncü yeri tutub.


-81 kq çəkidə Zelim Tçkayev qızıl medal uğrunda Kanadanı təmsil edən Fransua Qotye Drapö ilə qarşılaşıb. Zelim qələbə qazanaraq birinci olub.


Bu çəkidə digər cüdoçumuz Ömər Rəcəbli isə üçüncü yer üçün bəhreynli Askerbyi Qerbekova məğlub olub.



Digər xəbərlər