"Turan"ın azarkeşləri birinci yerdə
Futbol
280
23 Dekabr 2024 - 22:01
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün ilk yarısında 90 oyun keçirilib. Bu matçlarda 144 min 355 tamaşaçı qeydə alınıb. Orta göstərici 1604-ə bərabər olub. Həm ümumi sayda, həm də orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. Komandanın 9 ev oyununu ümumilikdə 39700 azarkeş izləyib (orta göstərici 4411 azarkeş). Klubların ev oyunlarındakı orta göstəricidə “Neftçi” ikinci (2437), “Sumqayıt” (2383) üçüncüdür.