Azərbaycanla Almaniya arasında memorandum imzalandı

Azərbaycanla Almaniya arasında memorandum imzalandı
Digər, Dopinq
225
23 Dekabr 2024 - 21:07

Supersport.Az xəbər verir ki, Azərbaycan və Almaniya antidopinq sahəsində əməkdaşlığı genişləndirir.

Bakıda Azərbaycan və Almaniya Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb. 

Memorandumu Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer imzalayıblar.

Memorandumun məqsədi AMADA-nın Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətini təkmilləşdirmək üçün nəticələrin  emalı, təhqiqat, tibb, testetmə, təhsil və digər sahələrdə Almaniya Milli Antidopinq Agentliyi ilə təcrübə mübadiləsi, birgə konsultasiyaların həyata keçirilməsi və hər iki qurumun əməkdaşlarından ibarət işçi qruplarının yaradılması və sair kimi fəaliyyət istiqamətlərindən ibarətdir. 

Gələcəkdə bu Anlaşma Memorandumu əsasında müxtəlif sahələri əhatə edən ikitərəfli müqavilələrin imzalanması da nəzərdə tutulur.

Digər xəbərlər