"Sevilya"nın baş məşqçisi: "Qarabağ"ın forvardının çox qol vurduğunu bilirəm"
Futbol
168
21 Dekabr 2024 - 18:35
İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xavyer Qarsia Pimienta La Liqada "Real Madrid"lə keçiriləcək oyun haqda danışarkən "Qarabağ"ın hücumçusu Juninyonu transfer etmək ehtimalından da danışıb.
Supersport.Az "Marca"ya istinadən xəbər verir ki, Əndəlus klubunun 50 yaşlı baş məşqçisi "Qarabağ2ın frovardının mümkün keçidi barədə fikirlərini bildirib:
"Juninyo? Bu futbolçu, bildiyim qədərilə çoxlu qollar vuran "Qarabağ"ın hücumçusudur. Onun klubu ilə qüvvədə olan müqaviləsi var. Hələ çox vacib çempionat matçımız qalıb. Sonra tətilə gedəcəyik. Bundan sonra heyəti dəyərləndirmək üçün tam bir ay vaxtımız olacaq. Bizim gücləndirmək istədiyimiz bir mövqe var. O da komandaya ampluaca hücumçu gətirməkdir".