Pəhləvanlarımız mübarizəyə başlayır

Pəhləvanlarımız mübarizəyə başlayır
Digər, Güləş
12 Fevral 2024 - 11:21

Supersport.Az xəbər verir ki, bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı başlanacaq.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 5 çəkidə finalçılar müəyyənləşəcək. Görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq.

Rəşad Məmmədov (55 kq) 1/4 finalda rumıniyalı Denis Mihayla güləşəcək.

Murad Məmmədov (63 kq) 1/8 finalda danimarkalı Brian Santyaqonu sınağa çəkəcək.

Sənan Süleymanov (77 kq) 1/8 finalda Şuay Mamedov (AİN) – İdris İbayev (Almaniya) görüşünün qalibiylə mübarizə aparacaq.

İslam Abbasov (87 kq) 1/8 finalda Ramon Betşart (İsveçrə) – Şimon Şimonoviç (Polşa) qarşılaşmasının qalibiylə üz-üzə gələcək.

Beka Kandelaki (130 kq) 1/8 finalda finlandiyalı Konsta Maenpaeae ilə güləşəcək.

Digər xəbərlər