"Xəzər Lənkəran"ın yenidən qayıdacağı ilə bağlı müsbət açıqlama

"Xəzər Lənkəran"ın yenidən qayıdacağı ilə bağlı müsbət açıqlama
Futbol
11 Fevral 2024 - 10:12

Supersport.Az-ın məlumatına görə, "Xəzər Lənkəran"ın yenidən futbola qayıdacağıyla bağlı klubun keçmiş mətbuat xidməti rəhbəri Hüseyn  Cəbrayıloğlu açıqlama verib.

"Xəzər Lənkəran" stadionunun təmirə bağlanması xəbəri həqiqətdir!

Komandanın nə vaxt yaranacağı , vəsait ayrılıb kimi ifadələrə indidən aldanıb ürəyimizi oynatmayaq. 

Amma nəzərə alın ki, 2016-cı ildən sonra bu xəbər- hadisə " Xəzər Lənkəran" ətrafında baş vermiş ən gözəl və ən pozitiv xəbərdir. 

Hələlik stadionun təmiri üçün ümumi audit hesablama aparılır, daha sonra təmir başlayacaq. 

Daha gözəl xəbərlər vermək ümidi ilə ən böyük "Xəzər Lənkəran"!"

Digər xəbərlər