Miodraq Bojoviç: "Qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi"

Miodraq Bojoviç: "Qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi"
Futbol
09 Fevral 2024 - 22:56

Supersport.Az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun “Sumqayıt” klubu ilə 1/4 final mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb.

“Oyuna yaxşı başladıq. Bir neçə yaxşı qol epizodumuz oldu. Eyni zamanda "Sumqayıt" da yaxşı oynayırdı. Onlara qibtə etmək üçün səbəblər var. VAR görüntüsü ilə bağlı bir neçə vəziyyət oldu. Ola bilsin ki, bu məqamlar oyunun tempini aşağı salırdı. İkinci hissə də azarkeşlər üçün maraqlı oldu. Bizim üçün bir az əsəbi keçdi. Başa düşürdük ki, ikinci qolu buraxsaq, əlavə dəqiqələr oynamağa məcbur olacağıq. Yaxşı ki, qol buraxmadıq və növbəti mərhələyə adladıq. 15 yaşı tamam olan "Forza Neftçi" azarkeş qrupunu da təbrik edirəm. Bu gün bizə ciddi şəkildə dəstək oldular".

- Lukas Melanoya şans verilmir. Bu nə ilə bağlıdır? O sizin oyun stilinizə uyğun gəlmir?

- Melano çoxdandır zədəlidir. Fiziki durumunu bərpa edir.

- Brayan Moreno və Yeqor Boqomolski hücumda yaxşı çıxış etmir. Amma əvəzedici heyətdə oynayan Ağadadaş Salyanski hər görüşdə qol vurur. Ona şans vermək olmaz?

- Ağadadaş bizimlə işləyib. Ona diqqətlə baxacağıq. Əsas heyətə cəlb edilməsi haqda düşünəcəyik.

- Mərhələ adladınız. Bəs komandanın oyunu və nailiyyəti sizi razı saldı?

- Kubok elədir ki, cəmi 1-2 oyununuz olur. Əsas olan mərhələ adlamaqdır. Göstərdiyimiz oyun ürəyimcə deyil. Daha yaxşı oynamağımızı istəyərdim. Biz layiqli şəkildə qələbə qazandıq. Oyuna diqqətli baxanlar gördü ki, qeyri-müəyyən, anlaşılmaz olan bir neçə məqam var idi.

- Rusiyada uğurlarınız daha çox kubokla bağlı idi. Azərbaycan kubokunda finala gedən yolu necə dəyərləndirirsiniz? Yarımfinalda "Qarabağ"la qarşılaşacaqsınız.

- Kubokda hər şey mümkündür. İnanırıq ki, yaxşı nəticə göstərə bilərik. Amma biz növbəti oyunumuzu "Araz-Naxçıvan"la oynayacağıq. "Qarabağ"la oyuna iki ay var.

- Dediniz ki, oyunda qeyri-müəyyənlik var idi. Bu, hakimliklə bağlıdır? 

- Oyuna diqqətlə baxmısınızsa, məncə, bu artıq aydındır. Bu barədə mən danışmamalıyam.

Digər xəbərlər