"Neftçi" "Qarabağ"a rəqib oldu

Futbol
09 Fevral 2024 - 21:00
Bu gün Azərbaycan kubokunda yarımfinala adlayacaq daha iki komandanın da adı məlum olub.
Supersport.Az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
"Qəbələ" "Araz-Naxçıvan"ı, "Neftçi" "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb. Yarımfinal matçları 2, 23 apreldə keçiriləcək. "Qarabağ"a "Neftçi", "Zirə"yə "Qəbələ" rəqib olub. Bu cütlərin qalibləri 2 iyunda finalda qarşılaşacaq.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları
9 fevral
16:00 "Qəbələ" - "Araz-Naxçıvan" 2:0
Qollar: Osama Xalayla, 40, Ürfan Abbasov, 42
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
İlk oyun - 1:1
19:00 "Neftçi" - "Sumqayıt" 1:0 (Birinci hissə)
Qollar: Filip Ozobiç, 26 Roy Kehat 40
Baş hakim: Kamal Umudlu
"Neftçi Arena"
İlk oyun - 3:2