Azarkeşlər "Neftçi"dən imtina etdilər

Azarkeşlər "Neftçi"dən imtina etdilər
Futbol
422
24 Aprel 2025 - 01:24

Supersport.Az xəbər verir ku, "Neftçi"nin ölkə yarışlarında bərbad çıxışı azarkeşlərini qəzəbləndirib.


"Forza Neftçi" fanklubu uğursuzluq səbəbindən komandadan imtina etməsiylə bağlı bəyanat verib.


"Möhtəşəm" sezonun “möhtəşəm# finişi.

Əllərinizə-ayaqlarınıza sağlıq deyəcəyik, siz də bunlardan heç biri yoxdur. Bütün ölkəyə komandaya necə dəstək olmaq lazımdır onu göstərdik. Siz isə bunun qarşılığında heç nə etmədiniz. Edə bilmədiniz yox, etmədiniz. Çünki edə bilmək potensialınız olsa mövsümün əvvəlindən belə biabırçı oyun sərgiləməzsiniz. İstəyib-gətirdiyiniz oyunçular “göz oxşayan” oyun göstərir deyə çox fərəhlənirsiniz.

Heç olmasa mövsümün sonuna qədər gətirdiklərinizi geri qaytarın, əziz rəhbərlik.

Mövsümün geri qalanında göstərdiyiniz oyuna layiq dəstək - səssiz tribunalar görəcəksiniz. Nə vaxt  əsl futbol oynasanız onda da biz sizi dəstəkləyəcəyik".

Digər xəbərlər