"Karyeramda ilk qırmızı vərəqə idi, bu cür davranmalı deyildim" - Qurban Berdıyev

Futbol
392
13 Aprel 2025 - 08:15
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 30-cu turunda "Sabah"ı məğlub edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev baş hakim Elçin Məsiyevin onu cəzalandırmasına münasibət bildirib.
"Karyeramda ilk qırmızı vərəqə aldım. Emosiyalar var idi. Bu cür davranmalı deyildim. Rəqibin hücumçuları Hurtadoya qarşı açıq ayaqla oynayırdılar. Amma hakim səssiz qalırdı.
Oyunu bir daha tribundan izləmək istəmərəm".


