Qurban Berdıyev: "2 xal itirdik, nəinki 1 xal qazandıq"

Futbol, Eksklüziv, Video
302
05 Aprel 2025 - 20:00
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 29-cu turunda "Səbail"lə səfər oyununda heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev xal itkilərindən danışıb.
"Yaxşı başa düşürük ki, bu gün 2 xal itirdik, nəinki 1 xal qazandıq. Birinci hissə ehtiyatlı oynadıq. İkinci hissədə daha yaxşı idik. Sadəcə 1 qol vurmağımız çatışmadı. Öz aramızda da müzakirə edirik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı olacağıq".