Qurban Qurbanov: "AFFA-yla bağlı bəzi fikirlər qarışıqlıq yarada bilər" - Video

Futbol, Eksklüziv, Video
341
06 Aprel 2025 - 23:55
Supersport.Az, "Qarabağ"ın baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanova "AFFA İcraiyyə Komitəsi son toplantısında aşağı yaş qruplarından ibarət yığma komandalarımızda uğursuz baş məşqçiləri vəzifəsində saxladı. Sizcə, səhv qərar deyil?" sualını ünvanlayıb. Mütəxəssis üzr istəyərək cavab verib:
"Mənə AFFA-nın İcraiyyə Komitəsi ilə bağlı suallar verməyin. Orada nə müzakirə olunursa, mediyaya ətraflı məlumat verilir. Lazım olanda orada fikir bildirirəm. Belə açıqlama veriləsi sual deyil. Üzrlü hesab edin. Bəzən elə fikirlər görürsən ki, qarışıqlıq yaradır".
Anar Cəfərov
.