AFFA-nın nümayəndəsi Erkin Hüseynovla hakim Elçin Məsiyevin yalan məlumatı 

AFFA-nın nümayəndəsi Erkin Hüseynovla hakim Elçin Məsiyevin yalan məlumatı 
Futbol, Eksklüziv
385
03 Aprel 2025 - 22:03

Azərbaycan futbolunun aşağı səviyyədə olması azarkeşlərin də oyunlara marağını azaldır. 



Bəzən ölkədaxili yarışlarda AFFA-nın nümayəndəsi, hakimi tamaşaçı sayını qeyd edərkən səhv, şişirdilmiş rəqəm göstərir.


Azərbaycan Kubokunun yarımfinal mərhələsində Mərdəkanda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında buna rast gəldik. 


Qarşılaşmada 200-250 azarkeş olduğu halda, oyunun protokolunda tamaşaçı sayının 600 qeyd olunduğunu gördük. Bu rəqəm AFFA-nın nümayəndəsi və baş hakimin razılığına əsasən, göstərilir. AFFA-nın uzun müddət futbolda çalışan nümayəndəsi, İntizam Komitəsinin sədri Erkin Hüseynovun da belə kobud səhvə yol verməsi qəbulolunmazdır. Əlbəttə ki, FİFA referisi, oyunun 33 yaşlı baş hakimi Elçin Məsiyev də buna görə məsuliyyət daşıyır. Belə düşünmək olar ki, oyunun protokolunda qəsdən azarkeş sayında yalan məlumat qeyd olunub.


"Dalğa Arena"da keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" oyunundan bəzi məqamların videogörüntüsünü izləməklə tamaşaçı sayının şişirdilməsinin şahidi olacaqsınız. 


Supersport.Az

Digər xəbərlər