Adnan Əhmədzadə premyer liqa klubuna sponsorluq edəcək

Adnan Əhmədzadə premyer liqa klubuna sponsorluq edəcək
Futbol, Eksklüziv
576
19 Mart 2025 - 01:15

Supersport.Az-ın əldə etdiyi məlumata görə, SOCAR-da bir müddət vəzifədə çalışan, hazırda işadamı Adnan Əhmədzadə daha bir kluba maliyyə dəstəyi verəcək.


Əhmədzadə "Kəpəz" Futbol Klubuna da sponsorluq etmək qərarına gəlib. Adnan Əhmədzadə martın 12-də Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.

Gəncənin "Kəpəz" klubu hazırda premyer liqada 10 klub sırasında 9-cu pillədədir.


Adnan Əhmədzadəyə bağlı qurum ASTA (Azerbaijan Sport Talents Academy) bir müddət əvvəl brinci liqada yarışan "Mingəçevir" klubuyla tərəfdaşlıq müqaviləsi imzalayıb. Əhmədzadə ilkin mərhələdə komandaya 500 min manat ayırıb. Mingəçevir klubu hazırda birinci liqada 10 komanda sırasında 7-cidir.


Xatırladaq ki, A.Əhmədzadə bir müddət əvvəl məşhur futbolçu Lionel Messi, "Barselona" prezidenti Joan Laportanın Bakıya səfərlərini təşkil edib. Azərbaycan prezidenti İlham Əliyevlə Joan Laporta arasında razılığa əsasən, ölkəmizdə İspaniya klubunun futbol akademiyası açılacaq.






Digər xəbərlər