Juninyolu "Flamenqo" Superkubok qazandı

Futbol
543
03 Fevral 2025 - 09:21
Supersport.Az-ın məlumatına görə, "Botafoqo"nu məğlub edən "Flamengo" üçüncü dəfə Braziliya Superkubokunu qazanıb.
Leysan yağdığından oyunun 15-ci dəqiqəsində oyun 1 saat dayandırılıb.
"Flamenqo" "Botafoqo"nu 3:1 hesablı məğlub edib. Qalib komandadan qolları Bruno Enrike (12-pen, 19), Luis Araujo (83) vurub, məğlub klubdan Patrik de Paula (87) fərqlənib.
"Qarabağ"ın keçmiş futbolçusu Olavio Juninyo 80-ci dəqiqədə "Flamenqo"nun heyətində dubl edən Bruno Enrikeni əvəzləyib.